Pis şərh yazan qadınları məhkəməyə verdi: 72 milyon istəyir

   Pis şərh yazan qadınları məhkəməyə verdi:    72 milyon istəyir
  17 Yanvar 2024    Oxunub:1168
ABŞ-da kişi sosial şəbəkələrdə yazılan mənfi şərhlərə görə 27 qadını məhkəməyə verib, onlardan 72 milyon dollar tələb edib.
Bu barədə "Mirror" yazır. İddiaçı bildirib ki, qadınların şərhləri onun reputasiyasına ziyan vurub. 32 yaşlı Nikko Dambrosio iddia edir ki, qadınlar ona böhtan atıb və şəxsi həyatına müdaxilə edib: "Ruhi iztirab və əziyyət içindəyəm. Bu da emosional sıxıntı, stress və narahatlıq yaradıb".

Bundan əlavə, Nikko ibildirib ki, qadın qrupu bütün ölkə ərazisində fəaliyyət göstərir və internetdə tanış olduqları kişilərə böhtan atırlar. İşlə bağlı ilk iclasın nə vaxt keçiriləcəyi barədə heç bir məlumat yoxdur, lakin Dambrosio qanunun onun tərəfində olacağına ümid edir.

AzVision.az


Teqlər:





Xəbər lenti