Ötən il Bakı Şəhər Prokurorluğunda 4 nəfərə töhmət verilib

 Ötən il Bakı Şəhər Prokurorluğunda 4 nəfərə töhmət verilib
  17 Yanvar 2024    Oxunub:925
Ötən il Bakı Şəhər Prokurorluğunda 4 nəfərə töhmət verilib, 1 nəfər vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti