Pasportlar ləğv edildi
O, vurğulayıb ki, avstraliyalıların müharibədə iştirak etməsi bizi narahat etmir: ` Amma vətəndaşlarımız bu müharibədə liderlik rolunu boyunlarına götürür və terrorist kimi yetişir. Və onların terrorist kimi Avstraliyaya qayıtması Vətən üçün faydalı ola bilməz`.
İraq və Suriyada döyüşə qatılan avstraliyalıların Livan üzərindən bu ölkələrə getdiklərini deyən Bişop, Malayziya, Cənub-Şərqi Asiya ölkələri, Avropa və ABŞ ilə bu məsələni tez-tez müzakirə etdiklərini dilə gətirib.
Qeyd edək ki, Suriya və İraqda vuruşan əsgərlərin videosu yayımlanıb. Videodakı əsgərlərin avstraliya ləhcəsində danışması ölkəni təcili tədbirlər görməyə vadar edib.
AzVision.az