Sumqayıtdakı yanğında zəhərlənənlərlə bağlı rəsmi açıqlama

   Sumqayıtdakı yanğında zəhərlənənlərlə bağlı rəsmi açıqlama
  18 Yanvar 2024    Oxunub:927
Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.
Bu barədə AzVision.az -a Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Məlumata görə, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.

1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.

2 nəfər qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.

Briqadalar hazırda hadisə yerindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti