Azərbaycan və İran arasında hərbi əməkdaşlıq müzakirə edilib
General-mayor A.Həsənov dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Milli Müdafiə Universitetinin yaranma tarixi, onun nəzdindəki hərbi təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri, strukturu ilə bağlı məlumat verib.
Görüşdə elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin zəruriliyi xüsusi vurğulanıb. Sonra Azərbaycan nümayəndə heyəti İran Müdafiə Nazirliyinin istehsal etdiyi hərbi məhsulların nümayiş olunduğu sərgi ilə tanış olub.
Səfər çərçivəsində, həmçinin İran Ordusunun Komanda və Qərargah Universiteti, İran Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əməkdaşlıq İdarəsi də ziyarət edilib.
Görüşlərdə ölkələrimiz arasında hərbi təhsil sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: