"İndi qripin ağır ştamları yayılmağa başlayıb" - Əhliman Əmiraslanov
Komitə sədri bildirib ki, bir çox yoxlucu xəsətlikər baş qaldırır: "İndi qripin ağır ştamları yayılmağa başlayıb. Qızılca ilə bağl ölkəmizdə problem var. Bu xəstəlik dünyada çox böyük problemə çevrilib. Azərbaycanda da əvvəl görmədiyimiz rəqəmlər meydana çıxıb".
Ə.Əmiraslanov qeyd edib ki, yoluxucu xəstəliklər daim nəzarətdə olmalıdır: "Nəzarət bir qədər zəifləyəndə xəstəlikdə alovlanma baş verir. Hər hansı yoluxucu xəstəliyin silinməsi onun tamamilə sıradan çıxması demək deyil. Yəni xəstəlik hər zaman geri qayıda bilər. Ona görə də bu sahədə fəaliyyət göstərən qurumlar daim ciddi tədbirlər görməlidir. Ümumilikdə yaz sessiyası müddətində aidiyyəti qurumların iştirakı ilə Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsi nəzərdə tutulub".
AzVision.az
Teqlər: