Zelenski: "300 milyard dolları bizə göndərin"

      Zelenski:    "300 milyard dolları bizə göndərin"
  18 Yanvar 2024    Oxunub:1246
Davos İqtisadi Forumunda iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski dünya banklarında Rusiyaya məxsus 300 milyard dollarlıq dondurulmuş aktivlərinin ölkəsinə bağışlanmasını tələb edib.
AzVision.az xəbər verir ki, Zelenski bu tələbini Davosda BBC-yə müsahibəsi zamanı irəli sürüb.

"Dünya banklarında Rusiyanın 300 milyard dollarlıq dondurulmuş aktivləri varsa, niyə bu resursdan yararlanmayaq? Onlardan bilavasitə Rusiya raketləri ilə dağıdılmış şəhərlərimizi yenidən qurmaq üçün istifadə etməliyik", - o deyib.

Qeyd edək ki, G7 ölkələri sözügedən aktivlərin 2020-ci ildə dondurulmasından bəri artan faiz məbləğini Ukraynanın bərpası üçün ayırmağı planlaşdırır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Zelenski   Ukrayna   yardım  





Xəbər lenti