Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi

   Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi
  18 Yanvar 2024    Oxunub:1064
Əməkdar jurnalist Rəhman Məmmədzadə (Orxan) Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilib.
Bu barədə “Sumqayıt Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Yaqub Zeynallı məlumat verib. O bildirib ki, Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov 2 nömrəli Xəstəxanada müalicə alan jurnalisti ziyarət edib və onun səhhəti ilə maraqlanıb.

Qeyd edək ki, Rəhman Orxan uzun illər «Vışka» qəzetinin xüsusi müxbiri işləyib. «Bakinets» qəzetinin təsisçisi və baş redaktoru olub.

Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.

2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.
Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti