Yataqxanadakı yanğında 11 köçkün ailəsinə ziyan dəyib

   Yataqxanadakı yanğında 11 köçkün ailəsinə ziyan dəyib
  18 Yanvar 2024    Oxunub:863
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin rəhbər şəxsləri hadisə yerinə yollanıblar.
AzVision.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) məlumat yayıb.

İlkin araşdırma nəticəsində 11 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış sahəsinə ziyan dəydiyi müəyyən edilib. Hazırda Dövlət Komitəsinin rəhbərliyi hadisə yerindədir, siyahıyaalınma aparılır. Müvafiq tədbirlər görüləcək. Yanğın baş vermiş binada 35 ailə müvəqqəti məskunlaşıb.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır.

AzVision.az


Teqlər:





Xəbər lenti