Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba telemarafonda bildirib. "F-16-ların Ukrayna havasında həyata keçirəcəyi ilk hava hücumuna hazırlıqlar planlaşdırıldığı kimi davam edir. Pilotlar, mühəndislər və infrastruktur hazırlanır", - deyən nazirin vurğulayıb ki, Ukraynaya F-16-ların verilməsini vəd edən bütün ölkələr öz öhdəliklərini yerinə yetirirlər.
“Proses davam edir, vaxt tələb edir, lakin hər şey plana uyğun gedir. Düşünürəm ki, bu il Ukraynada F-16-nın ilk hava qələbələrini qazanacağıq”, - deyə Kuleba bildirib.
AzVision.az