Sexdəki yanğında yaralanan 9-nun vəziyyəti ağırdır

 Sexdəki yanğında  yaralanan 9-nun vəziyyəti ağırdır
  19 Yanvar 2024    Oxunub:1094
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A. Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.
Bu barədə AzVision.az -a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti