“Partlayış olan mebel sexində qazlaşdırma aparılmayıb” - “Azəriqaz”
O, sexdəki partlayışın təbii qazdan olması ilə bağlı iddiaların yalnlış olduğunu qeyd edib.
"Təbii qaz verdiyimiz ərazi mebel sexinə deyil, onun aid olduğu ofisədir. Orada isə heç bir yanğın baş verməyib. Hələ indiyə qədər heç bir dövlət qurumunun, hətta ilkin açıqlamasında belə partlayışın qazdan baş verməsinə dair hər hansı açıqlama olmayıb. Bizim əməkdaşlar, müstəqil və tərəfsiz qurum olan “Təmi qaz”ın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun nümayəndələri orada bir neçə gün istintaq tədbirləri həyata keçiriblər”, - E. Vəliyev bildirib.
Qeyd edək ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında yerləşən mebel sexində partlayış-yanğın olub. Nəticədə 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Partlayışla bağlı cinayət işi başlanıb.
AzVision.az
Teqlər: