Yük yerində gizlənərək Gürcüstandan Azərbaycana keçmək istədi

Yük yerində gizlənərək Gürcüstandan Azərbaycana keçmək istədi
  19 Yanvar 2024    Oxunub:1238
Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Bu barədə AzVision.az -a DSX-dən məlumat verilib.

Bildirilib ki, yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Sadıqov Ömər Tapdıq oğlunun idarə etdiyi “Daf” markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.



AzVision.az


Teqlər:





Xəbər lenti