NATO Tramp prezident seçilərsə, ABŞ-ın Alyansdan çıxacağından narahatdır

NATO Tramp prezident seçilərsə,    ABŞ-ın Alyansdan çıxacağından narahatdır
  19 Yanvar 2024    Oxunub:1221
NATO rəhbərliyi ABŞ-ın keçmiş lideri Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə ölkənin Şimali Atlantika Alyansından çıxması məsələsini aktiv şəkildə nəzərdən keçirə biləcəyindən qorxur
AzVision.az xəbər verir ki, bunu NATO-nun Siyasi Planlaşdırma üzrə keçmiş direktoru Fabris Potier deyib.

Onun sözlərinə görə, Tramp prezidentlik dövründə artıq ABŞ-ın NATO-dan çıxmasını müzakirə edib, lakin daha sonra onu Amerika sistemi: Pentaqon, Konqres dayandırıb.

““Sonra o, dağıdıcı baxışlarını digər məsələlərə, məsələn, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına çevirdi. Bəlkə də bu dəfə intiqamla qayıdacaq”, deyə ekspert əlavə edib.


Teqlər:





Xəbər lenti