İsrail Əsəd qüvvələrini vurdu
Məlumata əsasən aviazərbələr Suriya tərəfindən İsrail ərazisinə atılan tank əleyhinə mərmiyə cavab olaraq endirilib. Qeyd edək ki, hadisə nəticəsində bir İsrail vətəndaşı öldürülüb, üç nəfər isə yaralanıb.
İsrail qırıcıları Suriya ordusuna məxsus 9 hərbi obyektə zərbələr endirib. Elə həmin gün Israilə məxsus tanklar da Suriya ərazisini atəşə tutub. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.
Eldar Tanrıverdiyev
AzVision.az