Yük avtomobili ilə təhlükəli hərəkətlər etdi - Video

   Yük avtomobili ilə təhlükəli hərəkətlər etdi -    Video
  19 Yanvar 2024    Oxunub:1348
Yolda təhlükə yaradan daha bir sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.
AzVision.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, "DAF" markalı 44-BV-243 nömrə nişanlı yük avtomobilinin sürücüsünün Ələt-Astara yolunun 90-cı km-də avtomobili təhlükəli idarə edərək avtoxuliqanlıq hərəkətləri etməsi və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratması barədə Baş DYP İdarəsinin 050-8000-902 whatsapp nömrəsinə daxil olmuş məlumat əsasında araşdırma başlanılıb, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü E.Abdullazadə müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün Salyan rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə E.Abdullazadənin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 500 manat məbləğındə cərimə edilib.



AzVision.az


Teqlər:





Xəbər lenti