"İsrail hər gün Azərbaycan xalqının yanındadır"

   "İsrail hər gün Azərbaycan xalqının yanındadır"
  19 Yanvar 2024    Oxunub:1509
İsrailin Azərbaycandakı səfiri Corc Dik Şəhidlər Xiyabanını ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə Səfirliyin rəsmi instaqram hesabında paylaşım edilib.

“Yanvarın 20-də Azərbaycan xalqı onun milli azadlıq ruhunu darmadağın etməyə çalışan təcavüzkarların zorakılığı nəticəsində 147 günahsız insanın faciəli şəkildə həlak olmasını yad edir. Kədərinə baxmayaraq, mətanətli Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyin etmək uğrunda mübarizəni inadla davam etdirdi.

İsrail xalqı bu gündə və hər gün Azərbaycan xalqının yanındadır.

Bunun necə bir hiss olduğunu bilirik. Oktyabrın 7-də HƏMAS İsraili işğal etdi, israilliləri evlərində öldürdü, zorladı, işgəncə verdi və qaçırdı. HƏMAS bizi və milli azadlıq ruhumuzu məhv etmək istəyirdi. Onlar uğursuz oldu. Biz birləşmişik, güclüyük və qərarlıyıq. Qələbəmiz həyatın, azadlığın və insan ləyaqətinin qələbəsi olacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti