Müdafiə Nazirliyi bu yerlərdə avtomobillərin hərəkətini məhdudlaşdırdı
Mühəndis bölmələri tərəfindən təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanması üçün zəruri tədbirlər həyata keçirilir.
Şəxsi heyətin və avtomobil kolonlarının təhlükəsizliyi üçün hərəkət məhdudlaşdırılıb, təminat yollarının qardan təmizlənməsi növbəli şəkildə icra olunur.
Qeyd edək ki, mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.
AzVision.az
Teqlər: