Qızılcaya yoluxanların sayı azalıb

 Qızılcaya yoluxanların sayı azalıb
  23 Yanvar 2024    Oxunub:939
Azərbaycanda qızılca xəstəliyinə yoluxma hallarında azalma müşahidə olunur.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda qızılca əleyhinə vaksinasiya ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsi, o cümlədən, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiyanın davam etdirilməsi, qızılca peyvəndindən kənarda qalan və ya qızılca xəstəliyi keçirməyən uşaqların və qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvəndlənməyə cəlb edilməsi və eyni zamanda qızılca hadisələrinin aktiv aşkar olunması və infeksiya ocaqlarında əksepidemik tədbirlərin aparılması nəticəsində 2024-cü ilin yanvar ayından Respublikada qızılca xəstəliyinin səviyyəsində azalma müşahidə olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti