"Bıçaqlanaraq öldürən şagirdlə bağlı məktəbdə gərginlik olmayıb" - FOTOLAR

   "Bıçaqlanaraq öldürən şagirdlə bağlı məktəbdə gərginlik olmayıb" -   FOTOLAR
  23 Yanvar 2024    Oxunub:2219
Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Raul Rəhimov yaxşı şagird olub:

"Məktəbdə dalaşan şagird olmayıb və son vaxtlar onunla bağlı hər hansı gərginlik yaşanmayıb. Raul həmçinin yaxşı oxuyan olub və qiymətləri ortadır".

R.Rəhimovun kiminləsə ədavətin olmasına gəlincə İdarədən bildirildi ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.





Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti