"Raulu bıçaqlayan şəxs 10-cu sinifdən məktəbdən çıxıb" - Gəncədəki qətlin təfərrüatı

   "Raulu bıçaqlayan şəxs 10-cu sinifdən məktəbdən çıxıb" -    Gəncədəki qətlin təfərrüatı
  23 Yanvar 2024    Oxunub:1818
Bu gün səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Qətllə bağlı bəzi təfərrüatlar bəlli olub.
"Raul bıçaqlanmamışdan 10 dəq əvvəl onunla danışmışdım" - Ramal Rəhimov
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov AzVision.az-a açıqlamasında bildirib ki, qətli törətməkdə şübhəli bilinərək saxlanılan 2007-ci il təvəllüdlü F.Şabanov məktəbin şagirdi olmayıb:

"O, valideynin ərizəsi ilə 10-cu sinifdən məktəbin şagird kontingentindən çıxarılıb və bildiyimiz qədər heç bir yerdə oxumur. Hadisədən əvvəl F.Şabanov məktəbə daxil olmağa çalışıb. Lakin məktəbin məsul şəxsi tərəfindən onun daxil olmasına icazə verilməyib. Həmin şəxs məktəbdən çıxarkən Raul Rəhimov Bəxtiyar oğlu ilə aralarında mübahisə yaranıb. F.Şabanov Raula bıçaq zərbəsi endirib. hadisə anında təcili yardım çağırılıb və Raul xəstəxanaya çatdırılıb. Lakin onun həyatını qurtarmaq mümkün olmayıb".

Qeyd edək ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Gəncə   Məktəb   Qətl  





Xəbər lenti