Şirvanda zavodda partlayış: 3 nəfər yaralanıb - YENİLƏNİB

  Şirvanda zavodda partlayış:    3 nəfər yaralanıb - YENİLƏNİB
  23 Yanvar 2024    Oxunub:1828
Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.

Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.
***
Şirvanda zavodda partlayış baş verib.

Bu barədə AzVision.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan Araz zavodu MMC-də partlayış baş verib.

İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.

***
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış baş verib.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Bu barədə ilk məlumatı mətbuat.az yayıb.

***
Şirvaş şəhər İcra Hakimiyyətindən AzVision.az-a bildirilib ki, ölüm halı yoxdur, bir neçə nəfər yaralanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti