Bakıda və Abşeron yarımadasında qar yağır
Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, axşama doğru tədricən kəsiləcək:
"Havanın temperaturu 1 dərəcə isti olub, axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görüş məsafəsi məhdudlaşacaq. Gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimal olunur".
G.Məmmədov qeyd edib ki, bölgələrdə də yağıntılar davam edir: "Bəzi yerdə qar yağır, ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Axşama doğru bölgələrdə də yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur".
O qeyd edib ki, yanvarın 25-də paytaxtda, eləcə də bölgələrdə hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
AzVision.az
Teqlər: