Daha bir Qarabağ qatili həbs oluna bilər - Polkovnik Calavyan istintaqa cəlb edilir

     Daha bir Qarabağ qatili həbs oluna bilər    - Polkovnik Calavyan istintaqa cəlb edilir
  24 Yanvar 2024    Oxunub:1791
Erməni komandir, keçmiş qondarma rejimin "qəhrəmanı" adı almış, polkovnik Karen Calavyan (Kex) Areqa yüksəkliklərinin əldən verilməsi ilə bağlı iş çərçivəsində dindiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə "Armlur" saytı məlumat yayıb.

İrəvan Şuşa məğlubiyyətində separatçı "komandan"ı günahkar çıxarıb - Detallar
Sözügedən qalmaqallı cinayət işi qondarma rejimin "Müdafiə Ordusu"nun keçmiş komandanı, general-leytenant Mikael Arzumanyan həbs edilərkən ona qarşı açılıb. Qeyd olunur ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Karen Calavyanı da dindirmələrə dəvət etmək məcburiyyətində qalıb.

Proses qapalı məhkəmə iclasında araşdırıldığı üçün detallar açıqlanmayıb.

İstintaq general Arzumanyanı onun göstərişi ilə Ağdərə rayonunun işğal olunmuş Areqa adlı yüksəkliklərinin iki gün sonra əldən verilməsində ittiham edir. Azərbaycan Ordusunun bu uğuru isə separatçıların sonrakı döyüş əməliyyatlarının gedişatına mənfi təsir edib.

Bundan başqa, general Şuşa şəhəri uğrunda gedən döyüşlərlə bağlı vəzifə səhlənkarlığında da ittiham olunur.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayının sonunda ermənilərin Areqa adlandırdığı strateji yüksəkliklər uğrunda baş verən döyüşlərdə bu istiqamətdə hərəkət edən batalyonlara Arzumanyan komandanlıq edib. O, sələfi Cəlal Arutyunyanın ağır yaralanmasından sonra müharibənin son mərhələsində, o cümlədən Şuşa uğrunda gedən döyüşlərdə sepratçıların "ordu"suna komandanlıq etməyə başlayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Cinayət-İşi   İstintaq   Polkovnik   Şuşa  





Xəbər lenti