Bəzi ərazilərdə görünüş məsafəsi məhdudlaşıb - YENİLƏNİB

Bəzi ərazilərdə görünüş məsafəsi məhdudlaşıb -  YENİLƏNİB
  24 Yanvar 2024    Oxunub:1541
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində qarlı hava şəraiti davam edir.
Xidmətdən AzVision.az-a verilən xəbərə görə, hazırda Naxçıvan, Şərur, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Zaqatala, Altıağac, Quba, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada qar yağır.

Göygöl, Şahbuz, Balakən, Şəki, Sarıbaş (Qax), Şamaxı, Göyçayda duman müşahidə olunur. Sözügedən ərazilərdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

***
Yanvarın 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Qarabağ və Şərqi Zərgəzurda, Naxçıvan Muxtar Respublikasında, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində qar yağır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 2-6 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti 25-i gecə və səhər saatlarınadək davam edəcək.

Bəzi yolların buz bağlayacağı ehtimalı var.

AzVision.az


Teqlər:





Xəbər lenti