Memarlıq abidəsində tikinti işləri dayandırılıb
"Məlumat üçün bildiririk ki, bir müddət öncə qeyd etdiyimiz kimi binada qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılışdırılmamış əsaslı təmir və yenidənqurma işlərinin aparılması faktı aşkarlanıb və işlər dayandırılıb. Lakin həmin ünvanda bu gün yenidən özbaşına tikinti işlərinin aparılması faktı ilə bağlı müraciət daxil olub və həmin işlər Baş İdarə tərəfindən müvafiq xəbərdarlıq edilərək 24 yanvar 2024-cü il tarixində yenidən dayandırılıb.
Fakt üzrə eyni zamanda aidiyyəti dövlət orqanlarına, həmçinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə qanunverilik tələblərinə riayət edilməsi və lazımi tədbirlərin görülməsinin təmin edilməsi üçün bir daha məktublar ünvanlanaraq müvafiq məlumatlar verilib.
AzVision.az
Teqlər: