Şəhid ailələri və əlillərin mənzil təminatı 5 dəfə genişlənib

Şəhid ailələri və əlillərin mənzil təminatı 5 dəfə genişlənib
  24 Yanvar 2024    Oxunub:994
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Onlara 2023-cü ildə daha 1 500, postmüharibə dövründə 6 000, ümumilikdə ötən dövrdə 14 800 mənzil və fərdi ev verilib.
AzVision.az xəbər verir ki, bu barədə sosial xidmətlər sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib.

Qeyd edilib ki, ötən dövrdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 600-dən çox avtomobil təqdim olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti