Lavrov Ermənistanda Qarabağı müzakirə etdi

“Son zamanlar atəşkəs rejiminin möhkəmləndirilməsi, snayperlərin geri çəkilməsi, insidentlərin araşdırılması üzrə mexanizmlərin yaradılması məsələləri də daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səsləndirilən təkliflər Bakının ürəyincə deyil”, – deyə Nalbandyan bildirib.
Lavrov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün istənilən səyləri dəstəkləyir: “Rusiya hesab edir ki, görüşlər nə qədər müntəzəm keçirilsə, danışıqlar prosesi bir o qədər dinamiklik əldə edər. Fransalı həmkarlarımız münaqişənin praktiki həll üçün ideyalar irəli sürürlər. ”.
Eldar Tanrıverdiyev
AzVision.az