DİM sədri: "İmtahan ödənişlərində dəyişiklik nəzərdə tutulmayıb"

      DİM sədri:    "İmtahan ödənişlərində dəyişiklik nəzərdə tutulmayıb"
  25 Yanvar 2024    Oxunub:984
İmtahanlar üzrə ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır.

"Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq", - sədr qeyd edib.

DİM sədri əlavə edib ki, builki qəbul imtahanlarının vaxtı aidiyyəti qurumlarla müzakirə edilib. Yaxın vaxtlarda cədvəllər ictimaiyyətə təqdim olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti