Məşhur veteran futbolçu Ukrayna döyüşlərində öldürüldü

Məşhur veteran futbolçu Ukrayna döyüşlərində öldürüldü
  25 Yanvar 2024    Oxunub:1314
Məşhur veteran futbolçu, Kiyev “Dinamo”sunun yetirməsi Sergey Rojok Ukrayna uğrunda gedən döyüşlərdə həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Buçanski Rayon Futbol Assosiasiyasının Facebook səhifəsində məlumat yayılıb.

Nekroloqda yazılıb: “Bu gün Ukraynanı müdafiə edən, böyük futbol ustası Sergey Rojok öldü. Biz ən yaxşılarını itiririk...”.

Sergey futbolçu karyerasına “Dinamo”nun akademiyasında başlayıb. Lakin o heç vaxt əsas komandada debüt etməyib. Futbolçu ikinci və üçüncü “Dinamo” komandalarında 93 oyun keçirib. Ölkə çempionatında “Tavriya”, “Zakarpatye” (indiki “Hoverla”), CSKA Kiyev, “Xarkov”, “Desna”, “Obolon”, “Krivbas”, “Çernomorets” və “Kropivnitsa Zirka” klublarında çıxış edib.

O xaric klublarda, Belarus çempionatında da çıxış edib. Futbolçu Minsk, Belşina, Neman, Vitebsk, Qomel və Smoleviçinin şərəfini qoruyub. Minskin tərkibində ölkə kubokunun qalibi oldu.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti