Lavrentyev: "ABŞ İraqdan qoşunlarını çıxarmağa hazırlaşır"

Lavrentyev:    "ABŞ İraqdan qoşunlarını çıxarmağa hazırlaşır"
  25 Yanvar 2024    Oxunub:862
Rusiyaya ABŞ-nin hərbi kontingentini İraqdan çıxarmaq niyyətində olmasına dair məlumatlar daxil olub.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

Onun sözlərinə görə, ABŞ artıq Bağdadın tələblərini yerinə yetirməyə və ordunu bu ölkədən çıxarılması prosesinə başlamağa hazır olduğunu bəyan edib.

Lavrentyev qeyd edib ki, bu məlumatın nə qədər doğru olduğunu söyləmək çətindir. Rusiya rəsmisinin sözlərinə görə, bu proses bir neçə il uzana bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti