Rəisi CAR-lı həmkarı ilə telefon danışığı aparıb

Rəisi CAR-lı həmkarı ilə telefon danışığı aparıb
  26 Yanvar 2024    Oxunub:753
İran prezidenti İbrahim Rəisi və Cənubi Afrikalı həmkarı Siril Ramafosa telefon zəngində Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı məhkəmə prosesindən danışıblar.
AzVision.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

İran lideri zəng zamanı CAR-ın İsraili məhkəməyə vermək cəsarətini yüksək qiymətləndirib.

"İllərdir irqçiliyin və soyqırımının ağrısı ilə yaşayan bir ölkənin belə bir addımı təkcə islam dünyasında deyil, dünyanın bütün azadlıqsevər xalqları tərəfindən də alqışlanır. Dünya ictimaiyyəti məhkəmədən sionist rejimi pisləyən ədalətli hökm çıxmasını gözləyir", - Rəisi deyib.

CAR prezidenti Ramafosa isə "ABŞ və Qərbin Beynəlxalq Ədalət Məhkəməsinə qarşı çıxmasının ölkəsinin Fələstin xalqına qarşı törədilən cinayətlərlə mübarizəsinə təsir göstərməyəcəyini" bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   CAR  





Xəbər lenti