AzVision.az xəbər verir ki, bu barədə
Münster Universiteti məlumat yayıb.
Mütəxəssislərin araşdırmalarına görə, bu iri daşlar Aydakı digər oxşar obyektlərdən fərqli olaraq işığı əks etdirmə xüsusiyyətinə malikdirlər. Universitetdə çalışan alim Ottaviano Ryuşanın fikrincə, Ayın maqnit xüsusiyyətləri haqqında hazırkı biliklər məhdudluğu ilə seçilir. Ona görə də yeni süxurlar və daşlar Yerin peykinin və onun maqnit nüvəsinin tarixinə müəyyən mənada işıq salacaq.
Xatırladaq ki, yanvarın 19-da Yaponiya kosmik gəmisini Aya
uğurla endirə bilən beşinci ölkə olub. Bundan sonra Yaponiyanın aerokosmik kəşfiyyat agentliyi olan JAXA "Ayda Smart Lander for Investigating Moon" (SLIM) modulunun ilk fotosunu
nümayiş etdirdi.
Tural Tağıyev
AzVision.az