Klarnet ifaçısı Hüseynin parkinqlə bağlı şikayətinə RƏSMİ REAKSİYA

   Klarnet ifaçısı Hüseynin parkinqlə bağlı şikayətinə    RƏSMİ REAKSİYA
  26 Yanvar 2024    Oxunub:956
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Milli Konservatoriyasının önündəki parkinqin ödənişli olması məsələsinə aydınlıq gətirib.
Qurumdan AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər: "Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb".

Qurumundan qeyd edilib ki, parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin artırılması və bunun nəticəsində onun cəlbediciliyini artırmaqdır: "Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır.

Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer mövcuddur".

Xatırladaq ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki parkinqin ödənişli olmasından şikayətlənib. O qeyd edib ki, maşınları əvvəl pulsuz saxlayırdılar. Lakin bir neçə gün öncə parklanmanı ödənişli ediblər.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti