Polad Bülbüloğlu: “Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir”
“Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”-deyən səfir əlavə edib: “Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir”.
Nümunə olaraq səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə 2023-cü ilin iyulunda baş tutan son üçtərəfli görüşü, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun fəaliyyətini xatırladıb. Belə ki, bu çərçivədə Moskvada regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə dair bir neçə dəfə görüşlər keçirilib.
“Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev son müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasında şəxsi rolunu yüksək qiymətləndirib.
Azərbaycan ondan çıxış edir ki, görüşlər müstəsna olaraq regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin tezliklə bərqərar olmasına yönəlməlidir və vurğulamaq istəyirəm ki, artıq yaxşı nəticələr verən birbaşa ikitərəfli danışıqların aparılması təcrübəsi mövcuddur. Başımızın üstündə dinc səmaya ehtiyacımız var”.
AzVision.az
Teqlər: