"Delimitasiya və demarkasiya komissiyaları yenidən görüşəcək" - Nazir
Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında postmünaqişə ilə bağlı önəmli komponentlərdən biri də iki ölkə arasında olan dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsidir.
Ötən ilin sonunda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətinin sərhəddə görüşünün keçirildiyini xatırladan Ceyhun Bayramov qeyd edib ki, belə bir görüşün yaxın günlərdə yenidən baş tutması nəzərdə tutulur.
AzVision.az
Teqlər: