"Qaraçı uşağı olduğu üçün onun nə yaşayış yeri bilinir, nə də valideynləri haqqında məlumat ala bilirik. Uşaq anasının və atasının adını bilmədiyini deyir. Psixoloq çağrılıb, onun vasitəsi ilə uşaqdan məlumat almağa çalışırıq".
***
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaşları tərəfindən aşkarlanan 9 yaşlı uşaqla reabilitasiya işi aparılır"
Valideyinləri 9 yaşlı uşağı döyüb, diləndirdilər - Foto |
"Uşaq hazırda Uşaqlar Birliyinin nəzarətindədir. Onun yenidən ailəsi tərəfindən diləndirilməməsi üçün aidiyyətı qurumlar tərəfindən iş aparılacaq. Bizim işimiz ondan ibarətdir ki, uşaqların diləndirilməsinə və onlarla kobud rəftar edilməsinə imkan verilməsin. Uşağın başında yaralar, çapıq izləri, ayaq hissəsində iltihablı yaralar da var. O dəhşətli həyat yaşayıb. Uşaq həkim müayinəsinə göndərilib".
K.Ağazadə qeyd edib ki, valideynləri ilə ilə əlaqə saxlanılmayıb, bu işlə hüquq-mühafizə orqanları məşğul olur.
Aytən Zəhra
AzVision.az