Məleykə Abbaszadə `sorğu-sual` edildi

Məleykə Abbaszadə `sorğu-sual` edildi
  24 İyun 2014    Oxunub:1112
Prezident İlham Əlyevin mərkəzi icra hakimiyyəti orqanlarının yerlərdə vətəndaşların qəbulu ilə bağlı verdiyi tapşırığa uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyunun 23-də Qax rayonunda vətəndaşlarla görüş keçirib.
AzVision.az xəbər verir ki, qəbulda Qax rayonunun sakinləri ilə yanaşı Zaqatala, Balakən, Şəki və Oğuz rayon sakinləri, həmçinin qeyd olunan rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Heydər Əliyev mərkəzində keçirilmiş qəbulda iştirak edən sakinlər TQDK sədrinə müxtəlif məzmunlu müraciətlərini çatdırıblar.

Vətəndaşlar ikinci ali təhsil, buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, qabiliyyət imtahanları və s. məsələlərə dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. Vətəndaşlar həmçinin TQDK tərəfindən nəşr olunan siniflər üzrə test tapşırığı topluları və orta ümumtəhsil müəssisələrində istifadə olunan dərs vəsaitləri ilə bağlı da Komissiya sədrinə müraciətlər ediblər. Bütün müraciətlərin qeydiyyatı aparılıb, onların əksəriyyəti ilə bağlı həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Bəzi vətəndaşların Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti