Günün oyunları, qrupdan kim çıxacaq?

Günün oyunları, qrupdan kim çıxacaq?
  24 İyun 2014    Oxunub:1017
Braziliyada keçirilən dünya çempionatında qrup mərhələsinin oyunları başa çatmaqdadır.
AzVision.az xəbər verir ki, D və C qruplarında keçirilən oyunlarla 1/8 final mərhələsinin komandaları müəyyənləşəcək.

D qruplarının oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Kosta Rika-İngiltərə, İtaliya- Uruqvay yığmalarının qarşılaşmasına şahidlik edəcəyik. Kosta Rika ötən oyundan mərhələnin taleyini həll edib. İngiltərə yığması isə mudialla erkən vidalaşıb. İtaliya və Uruqvay yığmaları isə 1/8 finala çıxacaq ikinci komandanın adına aydınlıq gətirəcək.

C qrupunda isə Fil Dişi Sahili- Yunanıstan, Yaponiya- Kolumbiya oyunları keçiriləcək. Hər iki oyuna saat 01:00-da start veriləcək.

Emin



Teqlər:





Xəbər lenti