İŞİD İraq neftini ələ keçirdi

İŞİD İraq neftini ələ keçirdi
  24 İyun 2014    Oxunub:816
“İraq və Şam İslam Dövləti” yaraqlıları İraqın ən böyük neft emalı zavodunu ələ keçirib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Paytaxt Bağdaddan 200 kilometr şimalda yerləşən Bayci şəhərində döyüşlər 10 gün davam edib. Lakin bu günə qədər ordu qüvvələri terrorçuların hücumlarını dəf edə biliblər.

Qeyd edək ki, Bayci şəhərində yerləşən neft emalı zavodu İraqda emal olunan yanacağın 30 faizini istehsal edir.

Bayci şəhərində kompleksin ələ keçirilməsi İŞİD yaraqlılarınıən əsas hədəfi idi. Çünki məhz bu yolla onlar ələ keçirdikləri ərazilərdəki zirehli maşınlarını yanacaqla təmir edə bilərdilər. Artıq indidən İraq ərazisində yanacaq çatışmazlığı müşahidə olunur.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti