Afiyəddin psixiatriya xəstəxanasındadır - DİN-dən açıqlama

  Afiyəddin psixiatriya xəstəxanasındadır -  DİN-dən açıqlama
  01 Fevral 2024    Oxunub:1343
Görüntüləri yayılan Əli-Afiyəddin Cəlilov sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Afiyəddin Cəlilov xəstəxanaya yerləşdirildi


O, bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn Əli Afiyəddin Cəilov yanvarın 29-da valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılmışdı və sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilmişdi.

Əli Afiyəddin 9-cu sinif şagirdidir. Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsidir. O, ictimai nəqliyyatda, küçədə qeyri-adekvat hərəkətlər edərək videolar paylaşır.

AzVision.az


Teqlər:  





Xəbər lenti