Aİ Qırmızı dənizdə koalisiya yaradır

   Aİ Qırmızı dənizdə koalisiya yaradır
  01 Fevral 2024    Oxunub:1011
Yeddi Avropa ölkəsi Yəməndə fəaliyyət göstərən husilərin Qırmızı dənizdən keçən gəmilərə hücumlarının qarşısını almaq üçün tədbirlər görür.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel, ötəngünkü bəyanatına əlavə kimi, ittifaqın XİN rəhbərlərinin fevralın 19-da nəzərdə tutulan görüşdə dəniz missiyasını başlatmaq naminə razılığa gələcəklərini bildirib.

Missiyanın məqsədi Qırmızı dəniz və Ədən körfəzindəki mühüm gəmi yollarını husilərdən qorumaqdır.

Bu məqsədlə Aİ-yə bağlı yeddi ölkə, habelə Almaniya və Belçika missiyanı gəmi və təyyarələrlə təmin edəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avropa   İttifaq   dəniz   koalisiya   husilər  





Xəbər lenti