ABŞ İraqa kömək edəcək, amma bir şərtlə...

Kerrinin fikrincə, bunun üçün ilk növbədə yerli liderlər İraqın birliyi naminə ölkə daxilində plan fikir ayrılıqlarını aradan qaldırlmaq lazımdır.
Kerri Bağdada rəsmi Vaşinqtonun mesajını gətirib: ABŞ İraqda bütün icmaların maraqlarını qoruyacaq hökumətin formalaşdırlmasında israrlıdır.
“İraqın gələcəyi ölkə liderlərinin birləşərək “İraq və Şam İslam Dövləti” qruplaşmasına cavab verməsindən asılıdır. Bu addımı gələn həftə və ya gələn ay yox, məhz indi atmaq lazımdır”, -deyə kerri bildirib.
İraqın baş naziri Nuri əl-Maliki bəyan edib ki, yeni hökumət iyul ayının birinədək formalaşdırılacaq. Nuri əl-Malikinin özünün isə hakimiyyətdə qalıb-qalmayacağı bilinmir.
Eldar Tanrıverdiyev