Şərq atəşkəsi qəbul etdi - FOTOLAR

Şərq atəşkəsi qəbul etdi - FOTOLAR
  24 İyun 2014    Oxunub:1176
Ukraynada böhranın həlli prosesinə start verilib.

AzVision.az Rusiya mətbuatına istinadla xəbər verir ki, ötən gecə Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində ilk addım atılıb. Belə ki, Donetskdə münaqişənin sülh yolu ilə bağlı danışıqlar keçirilib. Danışıqlara özünün müstəqil elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarının rəhbərləri də cəlb edilib. Onlarla yanaşı görüşdə Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, ATƏT-in təmsilçisi Haydi Talyavini, Ukraynanın eks prezidenti Leonid Kuçma, “Ukrayna seçkisi” təşkilatının rəhbəri Viktor Medvedçuk, “Cənub-şərq” hərəkatının lideri Oleq Tsarevvə deputat Nestor Şufriç iştirak ediblər.

Tərəflər iyunun 27-dən şərq ərazilərində atəşkəslə bağlı razılığa gəliblər. Atəşkəsə əməl olunması gələcəkdə böhranın siyasi həllinə keçidi təmin edəcək.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti