“Qarabağ” Andrade ilə müqaviləni yenilədi
![“Qarabağ” Andrade ilə müqaviləni yenilədi
“Qarabağ” Andrade ilə müqaviləni yenilədi](https://azvision.az/photos/2024/02/e872b7b9-503a-336a-92e4-7d4b59cc9b7d_850-1706897954.jpg)
24 yaşlı futbolçu 2022-ci ilin yanvarından komandanın formasını geyinir. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.
Qeyd edək ki, Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, bir dəfə (2021/22) ölkə kubokunun qalibi olub.
AzVision.az
Teqlər: