Supermarket yoxsa Hərbi Hissə- REPORTAJ

Supermarket yoxsa Hərbi Hissə- REPORTAJ
  17 Aprel 2013    Oxunub:15418
“Army Market” ölkəmizdə və Qafqaz regionunda yeganə hərbi dekorasiyalı supermarketdir.
Adi marketlərdən fərqli olaraq bura daxil olan hər kəsi hərbi geyimli oğlan və qızlar qarşılayır. Market daxilində döyüş anını əks etdirən rəsmlər, tavandan asılan helikopter, əsgər maketləri və hərbi paltarlarlar buranın hərbi baza olduğunu xatırladır. Amma bura hərbi paltarlı qız və oğlanların müştərilərə xidmət etdiyi bir mağazadır. AzVision.az-ın əməkdaşı olaraq bizdə bu mağazaya baş çəkdik. Əsl vətənpərvərlik ruhundan olan bu məkan Biləcəri dairəsi, Rəşid İsmayılov 13 ünvanında yerləşir. Bir ilə yaxındır ki, mağaza fəaliyyət göstərir. Adı “Army Market” olan mağaza ölkəmizdə və Qafqaz regionunda yeganə hərbi dekorasiyalı supermarketdir.

Bura səngər yox, supermarketdir

Müştərilər dükanda alver edən zaman daha maraqlı səhnələrlə qarşılaşa bilərlər. Belə ki, almaq istədiyiniz ərzaqların düzüldüyü stendlərdən başınızı qaldırıb yuxarı baxsanız tikanlı məftillərlə qarşılaşa bilərsiz. O cümlədən divarlara çəkilən hərbi rəsmlər çox canlı işləndiyindən insan özünü tamamilə hərbi vəziyyətdə hiss edir. Elə düşünürsən ki, səngərdə və hərbi hissədəsən. Sanki rəsmlər insanları müharibəyə çağırır.

Marketdə şəhid ailələrinə 5 faiz endirim var

Mağazada “Ordum varsa, yurdum var”, “Şəhidlər ölməz, vətən bölünməz” kimi şüarlar əsas yerdən asılıb. Supermarketdə ərzaqlarla bərabər Milli qəhrəman İbad Hüseynov, Ramil Səfərovun şəklini və digər milli qəhrəmanların adları olan siyahını görmək olar. Mağaza daxilində bir qədər qaldıqdan sonra hiss olunur ki, rəhbərliyin əsas hədəfi qazanc əldə etməklə yanaşı vətənpərvərliyi təbliğ etməkdir. Mağaza rəhbəri tərəfindən yalnız şəhid ailələrinə yüksək endirimli faiz kartları paylanıb. Mağaza sahibi Seyid Mirqasımov torpaqlarımızın işğalda olmasını nəzərə alaraq bu dükanı yaratdığını deyir. S.Mirqasımov qeyd edib ki, boş mağaza işlədə bilərdi, amma öz qazancı ilə yanaşı, cəmiyyətindəburadan xeyir qazanmasını istəyib.

“Bu cür mağazanı yaratdıq ki, gənclərə hərbi vətənpərvərlik hissi aşılansın. Boş divar idi və biz burada vitrinlərimizi qoyub alver edə bilərdik. Amma ticarət üzərində vətən üçün hərbi ruhda bir şey etmək istədik və bunu bacardıq. Bu işi görmək üçün müəyyən xərclər çəkib rəssamlar dəvət etdik. Belə götürsək alıcı üçün malın keyfiyyəti, qiyməti, çeşidi və xidmət önəmlidir. Mağaza daxilindəki dekorasiyaları Rusiyadan, Gürcüstandan və digər ölkələrdən almışam. Yenə başqa ölkələrdə bazarları gəzirəm ki, qarşıma çıxanları alıb gətirim. Bəzi adamlar deyir ki, bu reklamdı. Yox elə deyil, əslində biz nə qədər məbləği bu işlərə veririk”.

Ramil Səfərov və QAT sədri Akif Nağı mağazada olub

Mağaza sahibi bildirir ki, zabitlərdə tez-tez bura baş çəkir. Onun sözlərinə görə, zabitimiz Ramil Səfərov bu yaxınlarda orada olub. Bundan başqa Qarabağ Azadlıq Təşkilatının sədri Akif və tanınmış döyüşçü Şamil Sabiroğlu dəfələrlə ora baş çəkiblər. Bundan başqa mağazaya keçmiş rütbəli zabitlərdə tez-tez gəlirlər. Orada olduğumuz vaxtda müşahidə etdik ki, yarım saatdan bir şəhidlər haqqında məlumat verilir. Şəhidin doğulduğu, yaşadığı yer, keçdiyi döyüş yolu, harada dəfn olunduğu haqqında məlumat verilir. Mağaza sahibi rayonların işğal günlərinin yad edildiyini də deyib. “Plakatlar asmışıq ki, torpaqlarımızın işğal ediliyi gün xalqımızın yadından çıxmasın. Hərbi bayramlrı qeyd edirik. Əsasən Biləcəridə yaşayan hərbiçi və hərbiçi ailələri mağazadan alver edir. Bura bir növ onlara xidmət kimidir. Şəhid ailələrinə faiz endirim var və kim ki, sənədlə müraciət edir onada endirim kartı veririk”.

Sonda onu deyək ki, Qafqazda tək olan və ölkəmizdə vətənpərvərlik aşılayan belə bir məkanın təbliğ olunmasına haqqı var.

Anar
Foto: Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti