Qətər XİN rəhbəri Quterreşlə görüşüb

Qətər XİN rəhbəri Quterreşlə görüşüb
  03 Fevral 2024    Oxunub:1059
Qətərin baş naziri, həmçinin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani BMT-nin baş katibi Antoniu Quterreşlə görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bildirib.

Görüş ABŞ-nin Nyu-York şəhərində baş tutub.

Tərəflər digər mövzularla yanaşı, Qəzza zolağındakı vəziyyətlə bağlı da müzakirə aparıblar.

Al Sani regiondakı milyonlarla insana yardımda Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rolunun vacibliyini vurğulayaraq, bu quruma beynəxalq maliyyə dəstəyinin kəsilməsinin ağır nəticələrə gətirib çıxaracağını söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qətər   BMT   görüş  





Xəbər lenti