Hərbiçilərimiz qəzaya düşdü: ölən və yaralananlar var

Hərbiçilərimiz qəzaya düşdü: ölən və yaralananlar var
  17 Aprel 2013    Oxunub:1172
Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb.
Biləsuvar Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayon ərazisində baş verib.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb.

Nəticədə maşında olan sərnişin, gizir Kənan Ataş oğlu İsgəndərov hadisə yerində ölüb.

Avtomobilin sürücüsü və maşında olan digər sərnişin, kapitan Ramiz Murğuzov yüngül bədən xəsarəti alıblar.

Faktla bağlı araşdırma aparılır. (apa)


Teqlər:  





Xəbər lenti