Bu il təqaüd proqramı məhz informasiya texnologiyaları, kibertəhlükəsizlik, biznes analitikası, data elmi və marketinq sahələri üzrə bakalavr təhsili alan sonuncu 2 kursun tələbələrini əhatə edib.
“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
Proqrama qatılmaq üçün ümumilikdə 600-dən çox tələbə müraciət edib ki, onlardan 100-ü ilkin tələblərə cavab verərək növbəti seçim mərhələsinə dəvət alıb. İkinci seçim mərhələsində müxtəlif tapşırıqlar əsasında iştirakçıların elmi potensialı qiymətləndirilib. Bu mərhələni uğurla başa vuran tələbələr üzbəüz müsahibələrə qatılmaq imkanı əldə ediblər.
Xatırladaq ki, 2009-cu ildən etibarən təşkil edilən “Tələbə Təqaüdü” proqramından bu günədək ölkənin müxtəlif universitetlərində təhsil alan 300-ə yaxın tələbə faydalanıb.
Azərbaycanda yeni İKT mütəxəssislərinin inkişafını, tərəqqi və innovasiyaların tətbiqini diqqət mərkəzində saxlayan Azercell bu istiqamətdə gördüyü işləri davam etdirəcək.