Cənubi Koreyada səsvermə başa çatdı
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçirilən ilk seçki olan növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq.
AzVision.az
Teqlər: